image
Azərbaycan Tələbə Kartı

Azərbaycan
Tələbə Kartı

App Store Google Play

Haqqında

Layihə haqqında məlumat

Layihə haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülmüşdür. Təşəbbüs Gənclər və İdman və Təhsil Nazirlikləri tərəfindən dəstəklənmişdir.

Azərbaycan gənc kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulmuşdur və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Gənclər Kartını təmsil edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir.

İqtibaslar

Qaynar xətt

Layihənin icraçıları

Endirimlər

Bütün endirimlər

Media

Press-relizlər, foto və video materiallar

Azərbaycan Tələbə Kartına sahib ol!

Video materiallar

Azərbaycan Tələbə Kartına sahib ol!

Video materiallar

Azərbaycan Tələbə Kartına sahib ol!

Video materiallar

Tələbə kartının əldə edilməsinin qaydaları açıqlanıb

Press-relizlər

“Azərbaycan Tələbə Kartı”nın posteri

Foto materiallar

“Azərbaycan Tələbə Kartı”nın təqdimatı keçirilib

Press-relizlər

Sual — cavab

Tez-tez verilən suallar

Azərbaycan Tələbə Kartını necə əldə etmək olar?

Azərbaycan Tələbə Kartını əldə etmək üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə ali və ya orta-ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına və ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına yaxınlaşmaq kifayətdir.

Azərbaycan Tələbə Kartını kimlər əldə edə bilər?

Azərbaycan Tələbə Kartı subbakalavr, bakalavr və magistr tələbələr üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Tələbə Kartının təklif etdiyi endirimlərdən necə faydalanmaq olar?

Azərbaycan Tələbə Kartının təklif etdiyi endirimlərdən yararlanmaq üçün endirim təklif edən müəssiəyə yaxınlaşaraq Azərbaycan Tələbə Kartını təqdim etmək kifayətdir.

Azərbaycan Tələbə Kartının endirim təklif etdiyi müəssisələrin siyahısı ilə necə tanış olmaq olar?

Endirim təklif edən müəssisələrin siyahısı www.eyca.az saytında və “Azərbaycan Tələbə Kartı” mobil tətbiqetməsində “Endirimlər” bölməsində təsvir olunmuşdur.

“Azərbaycan Tələbə Kartı” mobil tətbiqetməsindən necə istifadə etmək olar?

“Azərbaycan Tələbə Kartı” mobil tətbiqetməsindən istifadə etmək üçün mobil tətiqetməni yüklədikdən sonra İstifadəçi adına şəxsiyyət vəsiqəsinin nömrəsini, Şifrə yerinə isə şəxsiyyət vəsiqəsində təsvir olunan FİN kodu daxil etmək lazımdır.

Azərbaycan Tələbə Kartını əldə etmək üçün hər hansısa ödəniş tələb olunurmu?

Azərbaycan Tələbə Kartı tamamilə pulsuzdur və hər hansı xidmət üçün tələbələrdən heç bir ödəniş tələb edilə bilməz.

Azərbaycan Tələbə Kartı layihəsi çərçivəsində endirim təklif edən müəssisələr siyahısına necə qoşulmaq olar?

Endirim təklif edən müəssisələr siyahısına qoşulmaq üçün Əlaqə bölməsində təsvir olunan əlaqə vasitələri ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına müraciət etmək lazımdır.

Azərbaycan Tələbə Kartını əcnəbi tələbələr də əldə edə bilərmi?

Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda təhsil alan subbakalavr, bakalavr və magistr tələbələr Azərbaycan Tələbə Kartına sahib ola bilər.

Azərbaycan Tələbə Kartından ölkə xaricində necə faydalanmaq olar?

Azərbaycan Tələbə Kartından ölkə xaricində faydalanmaq üçün www.eyca.org saytında təsvir olunan müəssisələrə yaxınlaşaraq kartınızı təqdim etmək kifayətdir.

Azərbaycan Tələbə Kartı ilə bağlı təklif, irad və ya şikayətləri necə bildirmək olar?

Bunun üçün “Qaynar xətt” fəaliyyət göstərir ki, Azərbaycan Tələbə Kartı ilə bağlı təklif, irad və ya şikayətlərinizi bu nömrə ilə əlaqə saxlayaraq bildirə bilərsiz.

Əlaqə

Bizimlə əlaqə

Bakı şəh., 28 May küçəsi, 9, 13

+994 12 493-96-24

office@eyca.az

Bizim ofis

Əlaqə forması